Ərdoğan Rusiyaya səfərini təsdiqlədi

 Ərdoğan Rusiyaya səfərini təsdiqlədi
  02 Mart 2020    Oxunub:1541
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, martın 5-də Rusiyaya səfər etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

"Prezidentimiz Rusiyaya martın 5-də bir günlük səfər etməyi planlaşdırır", məlumatda deyilir.

Daha əvvəl Valdimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin Moskvadakı görüşündə Suriyaya dair Soçi razılaşmasının necə icra olunduğunu müzakirə edəcəklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Rusiya   Səfər  





Xəbər lenti