Ermənistan İranla vizanı bərpa edir

  02 Mart 2020    Oxunub : 1023
Ermənistan İranla vizanı bərpa edir
Ermənistan İranla viza rejimini müvəqqəti bərpa edir.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

O deyib ki, bölgədəki epidemioloji vəziyyəti nəzərə alaraq, İran-Ermənistan sərhədi boyunca tətbiq edilən məhdudiyyətləri uzatmaq və sərtləşdirmək qərarına gəlinib.

İranla viza rejiminin müvəqqəti bərpası prosesinə başlayırıq və 5 gün ərzində viza rejimi bərpa ediləcək”, Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclasında çıxışı zamanı deyib.

O, Ermənistan vətəndaşlarını İtaliya və Türkiyəyə səyahətlərini məhdudlaşdırmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   İran