Qazaxıstan Bakıya uçuşları məhdudlaşdırır

Qazaxıstan Bakıya uçuşları məhdudlaşdırır
  02 Mart 2020    Oxunub:1639
Martın 5-dən etibarən Qazaxıstan koronavirus infeksiyasının yayıldığı ölkələrə uçuşların sayını azaldır.
Azvision.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və infrastrukturun inkişafı nazirinin müavini Berik Kamaliyev deyib.

Onun sözlərinə görə, Nur-Sultan-Bakı reysi martın 5-dən etibarən dayandırılır. Almatı-Bakı aviareysi isə beşdən birə, Aktau-Bakı reysi yeddidən bir reysə qədər məhdudlaşdırılır. Nur-Sultan-Tokio reysi də həftədə bir dəfə həyata keçiriləcək.

Nazir müavini vurğulayıb ki, yuxarıdakı uçuşlar üçün biletləri olan sərnişinlər onları cəriməsiz olaraq qaytara bilərlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Təyyarə  





Xəbər lenti