Gürcüstanda 170-dən çox insan karantində saxlanılır

Gürcüstanda 170-dən çox insan karantində saxlanılır
  01 Mart 2020    Oxunub:1365
Gürcüstanda 170-dən çox insan koronavirusa yoluxmada şübhəli bilinərək karantində saxlanılır.
Azvision.az xəbər verir ki, bu barədə ölkəni Səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik və aidiyyəti qurumlar koordinasiyalı fəaliyyət göstərirlər.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa üç yoluxma halı təsdiqlənib. Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Azvision.az



Teqlər: Gürcüstan   Karantin  





Xəbər lenti