Cüdoçularımız Avropa kuboku turnirində 3 medal qazandı

Cüdoçularımız Avropa kuboku turnirində 3 medal qazandı
  01 Mart 2020    Oxunub:1621
Antalyada fevralın 29-da start götürən Avropa kuboku turnirinin birinci günündə Azərbaycanın yeniyetmə cüdoçuları 3 medal qazanıblar.
Azvision.az xəbər verir ki, oğlanlar arasında Murad Gülməmmədov (50 kq) gümüş, Seymur Məcidli (60 kq) bürünc medala layiq görülüblər. Qızların yarışında isə Lətifə Abbasova (48 kq) üçüncü yeri tutub.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 32, qızların yarışında isə 13 cüdoçu təmsil edir. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıb.

On altı ölkədən beş yüzdən çox cüdoçunun iştirak etdiyi yarışlara bu gün yekun vurulacaq.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti