Azvision.az xəbər verir ki, karateçilərimizdən Rafiz Həsənov (67 kq) finalda qızıl medal uğrunda döyüşəcək. Həlledici qarşılaşmada onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq. Kumite yarışlarında digər karateçilərimiz Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar. A.Mamayev Daniyar Yuldaşev (Qazaxıstan), A.Qurbanlı Mahmud Tarek (Misir), İ.Zaretska Linqlinq Tanq (Çin) ilə güclərini sınayacaqlar.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş “Karate 1” Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.
Premyer Liqa turnirinə bu gün yekun vurulacaq.
Azvision.az