Türkiyə İdlibdə 36 şəhid verib

 Türkiyə İdlibdə 36 şəhid verib
  29 Fevral 2020    Oxunub:2103
Türkiyə İdlib əməliyyatında 36 şəhid verib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İdlib əməliyyatında əvvəlki gün 34 şəhidimiz var idi, amma sonra onların sayı 36-ya yüksəldi. Şəhidlərimizin qanını yerdə qoymuruq. İndiyə qədər 2100-dən çox rejim yaraqlısı öldürülüb, 300-ə yaxın hərbi vasitə məhv edilib. Dünən gecə kimyəvi məhsulların olduğu 7 anbar partladılıb. Vəziyyətin bu nöqtəyə çatmasını istəməzdik. Ancaq bizi buna məcbur etdikləri üçün nəticələrə də dözməlidirlər",- deyə Türkiyə Prezidenti vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti