Avropa turnirində 18 cüdoçumuz mübarizə aparır

Avropa turnirində 18 cüdoçumuz mübarizə aparır
  29 Fevral 2020    Oxunub:1851
Fevralın 29-da Varşavada cüdoçular arasında açıq Avropa turniri start götürüb.
Azvision.az xəbər verir ki, Azərbaycanı qitə yarışında 18 cüdoçu təmsil edir. Kişi cüdoçularımızdan Yaşar Nəcəfov, Rövşən Əliyev, Davud Məmmədsoy, Rəşad Yelkiyev, Rəxşan Baxşəliyev (60 kq), Nurlan Osmanov (66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Rauf Dünyamalıyev (90 kq), Aslan Mirzəyev (100 kq), Şahin Qəhrəmanov (+100 kq) mübarizə aparırlar. Qadınların yarışında isə Ramilə Əliyeva, Şəfəq Həmidova (48 kq), Şəfəq Məmmədova (52 kq), Səkinə Zayırova (57 kq), Diana Şoranova (63kq), Günel Həsənli, Aidə Baxışova (70 kq) güclərini sınayırlar.

Qeyd edək ki, yarışda 40 ölkədən 400-dən çox cüdoçu iştirak edir. Turnir martın 1-dək davam edəcək.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti