Yığmamız iki pillə öndə

Yığmamız iki pillə öndə
  14 Mart 2013    Oxunub:1671
Azərbaycan milli komandası 286 xalla 116-cı pillədə qərarlaşıb.
FİFA-nın rəsmi saytının yaydığı yeni reytinq cədvəlində Azərbaycan milli komandası 2 pillə irəliləyib.

Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması hazırda 286 xalla 116-cı pillədə qərarlaşıb.

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. O, bir pillə geriləyərək 7-ci yerdədir.

Rəqiblərimizdən Rusiya yığması yerini qoruyaraq 10-cu yerdədir. İsrail 8 pillə geriləyərək 74-cü, Şimali İrlandiya 5 pillə irəliləyərək 367 xalla 97-cidir.

İlk üçlükdə İspaniya, Almaniya və Argentinanın milli yığmalarıdır.




Teqlər:  





Xəbər lenti