Ağdamda alpaqut üzrə ölkə çempionatı keçiriləcək

  26 Fevral 2020    Oxunub : 1162
Ağdamda alpaqut üzrə ölkə çempionatı keçiriləcək
Martın 14-də Ağdam Olimpiya İdman Kompleksində alpaqut üzrə VI Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, idmançılar ölkə çempionatında alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparacaqlar. Turnirdə ölkəmizin 40 bölgəsinin idman klubları və cəmiyyətlərindən 600-ə yaxın alpaqutçu iştirak edəcək.

Azvision.az

Teqlər: Ağdam   Çempionat   Yarış