Ermənistan ordusunda koronavirus aşkarlanıb - İDDİA

  26 Fevral 2020    Oxunub : 3652
 Ermənistan ordusunda koronavirus aşkarlanıb - İDDİA
Ermənistan ordusunda hərbi qulluqçular arasında xəstəliklərin tüğyan etdiyi vaxtda növbəti hadisə baş verib.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ermənistan seqmentində məlumat yayılıb.

Erməni istifadəçilər bildirirlər ki, Qafanda yerləşən hərbi hissədə xidmət edən hərbi qulluqçu İqor Sarkisian koronavirusa yoluxduğu üçün təcili surətdə hospitala yerləşdirilib. Bir neçə gün əvvəl hərbi qulluqçunun koronavirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu məlumat onun valideynlərindən və ictimaiyyətdən gizlədilir.

Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb və ailə üzvləri ilə əlaqə saxlanılmasına icazə verilmir. Ermənistan rəhbərliyi ölkədə bu xəstəliyin aşkar edilmədiyi və koronavirusla mübarizə aparmaqla bağlı açıqlamalar verməklə əhalini sakitləşdirməyə çalışır.

Azvision.az

Teqlər: Erməni   Əsgər