Tramp Rusiyaya qarşı sanksiyaları uzadıb

  26 Fevral 2020    Oxunub : 1056
Tramp Rusiyaya qarşı sanksiyaları uzadıb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya tətbiq olunan sanksiyaları daha bir il müddətinə uzadıb.
Azvision.az xəbər verir ki, Tramp bununla bağlı bildirişi Konqresə göndərib.

ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə təhdid yaratmağa davam edən hərəkətlərə görə, daha əvvəl Rusiyaya tətbiq olunan sanksiyalar bir il müddətinə uzadılıb. Ukraynadakı hadisələrlə əlaqədar 13660 nömrəli fərmanda elan edilmiş fövqəladə vəziyyət rejiminin davam etdirilməsini lazım bildim”, - deyə Ağ Ev rəhbəri bəyan edib.

Trampın sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər 6 mart 2020-ci ildən sonra da qüvvədə qalmalıdır.

Xatırladaq ki, Vaşinqton 6 il əvvəl Barak Obamanın hakimiyyətdə olduğu zaman Krıma görə Rusiyaya ilk dəfə ağır sanksiyalar tətbiq edib. Sanksiyalar daha sonra genişləndirilib və müddəti uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Sanksiya