Azərbaycan atleti Minskdə qızıl medal qazandı

  26 Fevral 2020    Oxunub : 1087
Azərbaycan atleti Minskdə qızıl medal qazandı
Azərbaycanın gənc atleti Rüstəm Məmmədov Belarusda keçirilən 20 yaşadək idmançılar arasında “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, idmançımız üç təkanla tullanma növündə 15,83 metr nəticə göstərərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Qeyd edək ki, turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər. İdmançılarımız turnirdə qaçış (60 m, 400 m, 1500 m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.

Azvision.az

Teqlər: Atlet