Çində koronavirusdan ölənlərin sayı 2718-ə çatıb

  26 Fevral 2020    Oxunub : 1159
Çində koronavirusdan ölənlərin sayı 2718-ə çatıb
Çində koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 190-a, ölənlərin sayı isə 2718 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 406 yoluxma, 52 ölüm faktı qeydə alınıb.

İndiyədək 29 min 780 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ölkə üzrə 8752 xəstənin vəziyyəti kirtik qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 647 min nəfəri müəyyən edib, onlardan 79 mini həkim nəzarətinə alınıb.

Azvision.az

Teqlər: Çin   Koronavirus