Çində koronavirusa yoluxma halları azalıb

  25 Fevral 2020    Oxunub : 2405
Çində koronavirusa yoluxma halları azalıb
Çində koronavirusa yoluxma halları azalmaqdadır.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Hubeyin xaricində son sutka ərzində 9 yeni yoluxma faktı aşkarlanıb, sağalmış xəstələrin sayı isə 13-cü gün ərzində min nəfəri keçib.

Ümumilikdə ötən gün ölkə daxilində 508 yeni yoluxma faktı aşkar edilib, bunlardan 499-u Hubey əyalətində qeydə alınıb. Bununla belə, Səhiyyə Komitəsi virusdan sağalanların sayında müsbət dinamikanın olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin   Koronavirus