Karateçilərimiz Slovakiyada 3 medal qazandı

Karateçilərimiz Slovakiyada 3 medal qazandı
  24 Fevral 2020    Oxunub:2440
Azərbaycan karateçiləri Slovakiya Qran-prisində 3 medal qazanıblar.
Azvision.az Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Təhsil" Respublika İdman Mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.

Fevralın 21-də paytaxt Bratislavada start götürən və 3 gün davam edən yarışda 16-17 yaşlı gənclər yığmasından Hüseyn Məmmədli (61 kq) və Fərid Ağayev (76 kq) çempion olublar. Abbas Dadaşov (68 kq) isə ikinci yeri tutub.

Karateçiləri yarışda "Təhsil" Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib. Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.

Azvision.az


Teqlər: Karate  





Xəbər lenti