İraqda koronavirusa ilk yoluxma qeydə alındı

  24 Fevral 2020    Oxunub : 1008
İraqda koronavirusa ilk yoluxma qeydə alındı
İraqda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, virus Nəcəf şəhərində İran vətəndaşında aşkarlanıb.

"İran vətəndaşı olan dini təhsil müəssisələrindən birinin tələbəsinin tibbi müayinəsinin nəticələri koronavirusa yoluxmanı ortaya qoydu. Bu, İranla sərhədi bağlamaq qərarından əvvəl baş verib”, - deyə İraqın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Xatırladaq ki, koronavirusla əlaqədar İran vətəndaşlarının İraqa girişi 15 gün müddətinə qadağan edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İraq   İran