İtaliyada koronavirusdan ölənlərin sayı artıb

  24 Fevral 2020    Oxunub : 1389
İtaliyada koronavirusdan ölənlərin sayı artıb
İtaliyada yeni növ koronavirus qurbanlarının sayı dördə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb. Virusun dördüncü qurbanı Berqamo şəhərində xəstəxanaya yerləşdirilən 84 yaşlı kişi olub.

Bundan əvvəl koronavirusdan üç nəfər ölüb. Onların ikisi Lombardiya bölgəsi, bir nəfər isə Venetodandır.

Ümumilikdə isə İtaliyada koronavirusa yoluxanların sayı 210 nəfərdir. Ən çox yoluxma halı Lombardiya bölgəsində – 165, Venetoda 22, Emiliya- Romanedə, Pyemontda isə 6 nəfər qeydə alınıb. Bu ərazilərin hamısı İtaliyanın şimalında yerləşir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İtaliya   Koronavirus