Küveytdə yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

  24 Fevral 2020    Oxunub : 1298
Küveytdə yaşayan azərbaycanlılara xəbərdarlıq edildi
Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.
Azvision.az xəbər verir ki, səfirlik koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb:

“Küveyt dövlətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə! Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə yerli mətbuatın Küveytdə üç nəfərin koronavirusa yoluxduğunu çatdırır. Bunu nəzərə alaraq, vətəndaşlarımızı son dərəcə ehtiyatlı olmağa, Ümundünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırırıq".

Xatırladaq ki, Küveytdə koronavirusa üç yoluxma halı qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Küveyt   Koronavrrus