İrandakı zəlzələdə 75 nəfər xəsarət alıb - YENİLƏNİB

  23 Fevral 2020    Oxunub : 2430
İrandakı zəlzələdə 75 nəfər xəsarət alıb - YENİLƏNİB
İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, yaralılara ilkin tibbi yardım göstərilib, bəziləri xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl isə zəlzələ zamanı 36 nəfərin xəsarət aldığı açıqlanmışdı.

***
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında baş vermiş zəlzələdə ölən olmayıb.

Azvision.az xəbər verir ki, təbii fəlakət nəticəsində 36 nəfər xəsarət alıb. Onlardan bəziləri xəstəxanaya yerləşdirib. Digərləri müayinə edildikdən sonra evə buraxılıb. Zəlzələ bir sıra evlərə və binalara zərər vurub.

***
Bu gün Türkiyə ilə sərhəddə baş vermiş 5,9 maqnitudalı zəlzələ nəticəsində İranda 25 nəfər xəsarət alıb.

Azvision.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ zamanı Qərbi Azərbaycan əyalətində dağıntılar olub, bir çox evlərə ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində ölüm halı baş verməyib.

Azvision.az

Teqlər: İran   Zəlzələ