İranda koronavirusa yoluxanların sayı 28-ə çatıb

   İranda koronavirusa yoluxanların sayı 28-ə çatıb
  22 Fevral 2020    Oxunub:2916
İranda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub.

Azvision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 28-ə çatıb.
Qeyd olunub ki, yoluxucu virusdan ölənlərin sayı isə beş nəfərdir.

Virusa yolxanlardan biri Tehran şəhərində 13-cü bölgənin bələdiyyə sədri olan Murtəza Rəhmanzadədir. Ondan götürülən analizlərin nəticələri pozitiv çıxıb.

Qeyd edək ki, yoluxma halları Tehran, Qum və Ərak şəhərlərində, Gilan vilayətində qeydə alınıb.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti