Rusiyada 11 mindən çox uşaq HİV-ə yoluxub

Rusiyada 11 mindən çox uşaq HİV-ə yoluxub
  22 Fevral 2020    Oxunub:2250
Hazırda Rusiyada 11,4 mindən çox HİV-ə yoluxmuş uşaq və yeniyetmə dispanser qeydiyyatındadır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

Qeyd olunub ki, onların 50 faizi 11 yaşdan yuxarıdır. Bu uşaqlara HİV əsasən analarından keçib.

Bundan əlavə, 15-20 yaşında yeni diaqnoz qoyulmuş HİV-ə yoluxmuş gənclərin sayında azalma var. Belə ki, son 9 ildə yoluxma 1,6 faizdən 0,8 faizə enib.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti