Millimiz UEFA İnkişaf turnirinə qələbə ilə başladı

Millimiz UEFA İnkişaf turnirinə qələbə ilə başladı
  22 Fevral 2020    Oxunub:2052
17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Azvision.az xəbər verir ki, Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

Qeyd edək ki, Azərbaycan yığması turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti