İraq İranla sərhədi bağladı

İraq İranla sərhədi bağladı
  21 Fevral 2020    Oxunub:3266
İraq yeni növ koronavirusla əlaqədar qonşu İranla bütün sərhəd qapılarını bağlayıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sərhəd qapıları üç gün müddətinə İran vətəndaşları üçün bağlı olacaq.

Məlumatda bildirilir ki, İrandan gələcək İraq vətəndaşlarına bu qadağa tətbiq olunmayacaq, eyni zamanda sərhəd keçidlərində İraqdan idxal davam edəcək.

Xatırladaq ki, İranda koronavirusdan ölüm halı qeydə alındıqdan sonra İraq bu ölkəyə bütün uçuşları dayandırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   İraq   Sərhəd  





Xəbər lenti