“İrqçilik zəhərdir” - Merkel dünənki hadisədən danışdı

 “İrqçilik zəhərdir”  - Merkel dünənki hadisədən danışdı
  20 Fevral 2020    Oxunub:2002
Almaniyada törədilmiş dəhşətli cinayəti hərtərəfli araşdırmaq üçün hər cür səy göstəriləcək.
Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Hanau şəhərində baş vermiş silahlı hücum barədə danışarkən deyib. O bildirib ki, "irqçilik bir zəhərdir, nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur".

Xatırladaq ki, ötən gün Almaniyada irqçilik zəminində törədilmiş terror hücumu zamanı 9 nəfər həlak olub, onlardan 5-i türkdür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti