Sabiq baş nazir həbsdən çıxdı, yenidən siyasətə qayıdır

Sabiq baş nazir həbsdən çıxdı, yenidən siyasətə qayıdır
  20 Fevral 2020    Oxunub:1952
Bir sıra vəzifə cinayətlərinə görə 6,9 ay müddətinə həbs olunmuş Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili azadlığa çıxıb.
Azvision.az xəbər verir ki, onun həbsdən azadolunma görüntüləri Gürcüstanın “Mtavari Arkhi” kanalında canlı yayımlanıb. Saiq baş nazir bəyan edib ki, aktiv siyasi fəaliyyətlə məşğul olmaq niyyətindədir.

Qeyd edək ki, Merabaşvili 7 iyun - 18 dekabr 2004-cü il tarixlərində Gürcüstanın Dövlət Təhlükəsizliyi naziri, 2004-cü ilin dekabrından 2012-ci ilin iyulunadək ölkənin Daxili İşlər naziri, 2012-ci ilin iyul-oktyabr aylarında isə Baş nazir olub. 2013-cü ilin may ayında bir sıra cinayətlərdə ittiham olunaraq həbs edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Sabiq   Başnazir  





Xəbər lenti