Zurabişvili “Facebook” paylaşımına görə səfərini təxirə saldı

 Zurabişvili “Facebook” paylaşımına görə səfərini təxirə saldı
  20 Fevral 2020    Oxunub:2486
Gürcüstanın Avropa Şurasındakı keçmiş səfiri Mamuka Jqentinin “Facebook” paylaşımna görə Prezident Salome Zurabişvilinin Mərkəzi Afrika Respublikasına (MAR) planlaşdırılan səfəri ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Keçmiş səfir sosial şəbəkədə yazıb ki, Prezidentin böyük nümayəndə heyəti ilə 10 günlük Mərkəzi Afrika Respublikasına səfəri planlaşdırılıb. Prezident Administrasiyası onun paylaşımını məsuliyyətsiz və dövlətin maraqlarına zərər verən addım adlandırıb.

Qeyd edilib ki, Gürcüstan Prezidentinin və nümayəndə heyətinin MAR-a səfəri ilə bağlı məlumatlar məxfidir və onun əvvəlcədən yayılması qəti qadağandır.

"Xüsusilə, belə bir xəbərin məxfi məlumatların əhəmiyyətini və onunla işləmə qaydalarını çox yaxşı bilən Gürcüstanın Avropa Şurasındakı keçmiş səfiri tərəfindən yayılması narahatlıq yaradır”.

Açıqlamada qeyd olunub ki, bu səbəbdən Gürcüstan Prezidenti və Müdafiə Nazirliyi gürcü sülhməramlılarının olduğu yerə səfərlərini ləğv etmək məcburiyyətində qalıblar.

Pərvanə Suıtanova
Azvision.az


Teqlər:





Xəbər lenti