Koronavirus qurbanlarının sayı 2118-ə çatıb

Koronavirus qurbanlarının sayı 2118-ə çatıb
  20 Fevral 2020    Oxunub:2022
Çində yeni növ koronavirusa yoluxanların sayı 74,5 min nəfəri ötüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, indiyədək bu virusdan 2118 nəfər ölüb, 16,1 mindən çox xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb. Koronavirusa ən çox yoluxma və ölüm faktı Hubey vilayətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin  





Xəbər lenti