Koronavirusdan ölənlərin sayı 2 mini ötüb
Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfərdir. 12 minə yaxın xəstənin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.
Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1693 nəfər) və ölüm (132 nəfər) faktı Hubey vilayətində qeydə alınıb.
Azvision.az
Teqlər: Çin Koronavirus