“Ərdoğanla yaxşı münasibətlərimiz var” - Tramp

  18 Fevral 2020    Oxunub : 1251
“Ərdoğanla yaxşı münasibətlərimiz var” - Tramp
ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib. Tramp Ərdoğanla telefon söhbətində İdlib problemini müzakirə etdiklərini deyib.

"Ərdoğanla çox yaxşı söhbətimiz alındı. O,sərt insandır, amma bizim yaxşı münasibətlərimiz var. O, Suriyada minlərlə, yüz minlərlə insanın öldürülməsini istəmir”, - deyə Tramp vurğulayıb.

Azvision.az

Teqlər: Tramp   Ərdoğan   ABŞ   Türkiyə