“Paşinyanın Münhendəki arqumentləri inandırıcı deyildi” - Erməni politoloq

“Paşinyanın Münhendəki arqumentləri inandırıcı deyildi” -  Erməni politoloq
  17 Fevral 2020    Oxunub:3044
Nikol Paşinyanın Mühhendə səsləndirdiyi bəyanatlar inandırıcı deyildi. Xüsusilə, onun Böyük Tiqran və Ermənistandakı inqilab ilə bağlı irəli sürdüyü tarixi arqumentlər zəif idi. Hətta ev sahibi də müəyyən dərəcədə tərəddüd içində idi.
Azvision.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr Manasyan deyib. Onun sözlərinə görə, ABŞ, Rusiya və Avropa İttifaqı kimi böyük oyunçular tərəfindən bu cür arqumentlər bəyənilmir.

Ekspertin fikrincə, hökumət başçısı bu yolla getməyə qərar vermişdirsə, o zaman dəlillər daha ağıllı və diqqətlə təqdim olunmalı idi: "Ümumiyyətlə, Paşinyan kimi tarixə daha dərindən baxmağın mənası yox idi, çünki hazırkı vəziyyətdə hüquqi aspektlər tarixi arqumentlərdən az əhəmiyyətli deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Erməni   Politoloq  





Xəbər lenti