Məşhur gürcü rejissor vəfat edib

Məşhur gürcü rejissor vəfat edib
  17 Fevral 2020    Oxunub:2088
Məşhur gürcü rejissor, Gürcüstanın Xalq artisti Georgi Şengelaya vəfat edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, rejissor 83 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Georgi Şengelaya "Veria kvartalının melodiyaları", "Pirosmani", "Alaverdoba", "Orfeyin ölümü" və "Gənc bəstəkarın səyahəti", "Xareba və Qoqi", eləcə də digər məşhur filmləri çəkib. O, həmçinin bir sıra beynəlxalq mükafatlara layiq görülüb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcü   Xalq-artisti   Rejissor  





Xəbər lenti