“NATO Rusiya ilə açıq müzakirələr aparır” - Stoltenberq

“NATO Rusiya ilə açıq müzakirələr aparır” -  Stoltenberq
  17 Fevral 2020    Oxunub:2425
NATO Rusiya ilə intensiv və açıq müzakirələr aparır.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə dialoqu gücləndirmək təklifi barədə suala cavab verən Stoltenberq deyib ki, NATO artıq Rusiya ilə institusional əsasda dialoq aparır.

"Biz dialoqu silah nəzarəti, risklərin azaldılması, şəffaflıq məsələsində və digər mövzularda aparırıq", - deyən Stoltenberq növbəti dəfə Rusiyanın orta və uzaq mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozduğunu bəyan edib.

Baş katib, həmçinin vurğulayıb ki, NATO ölkələri yekdil olmalı, bir mövqedən çıxış etməli və möhkəm olmalıdır.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik konfransında çıxış edən Stoltenberq NATO-nun Rusiya ilə münasibətləri yaxşılaşdıracağına ümid etdiyini söyləyib. Öz növbəsində həmin gün konfransda iştirak edən Makron Parisin Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO   Rusiya  





Xəbər lenti