Bin Ladenin oğlunun ölüm əmrini Tramp veribmiş
Azvision.az xəbər verir ki, bu barədə “NBC” telekanalına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı ölkə üçün potensial hədəflərin siyahısı ilə tanış olan mənbə deyib.
Qeyd olunub ki, prezidentliyin ilk iki ilində CIA Trampa ən təhlükəli terrorçuların siyahısını təqdim edib, lakin Amerika lideri dərhal Həmzə bin Ladenin ölüm əmrini verib.
ABŞ xüsusi xidmət orqanlarının ilk növbədə məhv etməyi planlaşdırdığı şəxslər arasında Trampın ötən ilin oktyabrında öldüyünü elan etdiyi İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi də olub.
Telekanalın məlumatına görə, bin Ladenin oğlu o qədər təhlükəli deyildi və hücum planlaşdırmırdı.
Bundan başqa, ABŞ Həmzə bin Laden haqqında məlumat verən şəxs üçün bir milyon dollara qədər mükafat elan etmişdi. Ona qarşı sanksiyalar tətbiq olunmuşdu. O, 2015-ci ilin avqust ayından etibarən “Əl-Qaidə”nin üzvü olub və fərqli ölkələrdə hücum çağırışları edib.
Pərvanə Sultanova
Azvision.az