Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu
  17 Fevral 2020    Oxunub:2115
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Azvision.az xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb.

Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.

Qeyd edək ki, Rusiya 186 xalla çempionluğu təmin edib. İlk üçlüyü 95 xal yığan Gürcüstan qapayıb.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti