Türkiyə ordusundan PKK-ya növbəti zərbə

  16 Fevral 2020    Oxunub : 1554
Türkiyə ordusundan PKK-ya növbəti zərbə
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi uğurlu əməliyyat nəticəsində PKK terror təşkilatının 8 yaraqlısı məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Hakurk bölgəsində hücum hazırlığında olan və aralarında “Harun” kod adlı şəxsin olduğu 8 terrorçu hava zərbələri nəticəsində məhv edilib.

Azvision.az

Teqlər: Türkiyə   PKK   Terror