Paytaxt derbisini “Neftçi” qazandı

  16 Fevral 2020    Oxunub : 1570
Paytaxt derbisini “Neftçi” qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyununda "Neftçi" klubu "Keşlə"ni qəbul edib. "Bakcell arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu görüşdən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini qoruyub, "Keşlə" isə 26 xalla 3-cü sırada yer alıb.

Azvision.az

Teqlər: Neftçi