“Səbail” “Qəbələ”ni məğlub edib

  16 Fevral 2020    Oxunub : 1640
“Səbail” “Qəbələ”ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, bu gün "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Səbail" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, "Qəbələ" isə 13 xalla sonuncu yerdədir.

Azvision.az

Teqlər: Səbail   Qəbələ