Rafael Ağayev qızıl medal qazandı

  16 Fevral 2020    Oxunub : 3448
Rafael Ağayev qızıl medal qazandı
Dubayda Karate 1 Premyer Liqa turnirində Azərbaycanı təmsil edən Rafael Ağayev final görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Luici Busa ilə qarşılaşıb. Görüşü 3:2 hesabı ilə qalib başa vuran R.Ağayev turnirin qalibi olub.

Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina Zaretska (68 kq) bürünc medal əldə edib.

Azvision.az

Teqlər: Rafael=Ağayev