Karateçimiz Dubayda bürünc medal qazandı

  16 Fevral 2020    Oxunub : 2044
Karateçimiz Dubayda bürünc medal qazandı
Azərbaycan karateçisi Dubayda Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, karateçimiz İrina Zaretska (68 kq) üçüncü yer uğrunda Alize Ajye (Fransa) ilə qarşılaşmanı qalib başa vuraraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.

Azvision.az

Teqlər: Karate   Medal