İndoneziya sahillərində güclü zəlzələ olub

  16 Fevral 2020    Oxunub : 1603
İndoneziya sahillərində güclü zəlzələ olub
İndoneziya sahillərində, Seram dənizində 5,6 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Qərbi Papua əyalətinin Soronq şəhərindən 272 kilometr cənubda, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Sunami xəbərdarlığı elan edilməyib.

Azvision.az

Teqlər: İndoneziya   Zəlzələ