3 gözlü, 7 ayaqlı doğuldu

3 gözlü, 7 ayaqlı doğuldu
  14 Mart 2013    Oxunub:1929
Qazaxıstanda 3 gözü, 7 ayağı olan quzu doğulub.
Quzunun doğulduğu təsərrüfatın sahibi Kuandika Bekitayevanın sözlərinə görə, quzu onun üçün əsl şok olub.
"Belə mutantı mən heç qorxu filmlərindədə görməmişəm. Çox qorxdum". Sahibinin sözlərinə görə, belə balanın doğulmasına səbəb ekoloji şəraitin pozulmasıdır.

Baytarlar isə mutant-quzunun doğulmasının Pavlodarsk vilayəti üçün nadir hadisə olmadığını deyib. Ötən ildə eyni fermerin təsərrüfatında 3 ayaqlı quzu doğulub.

Hələlik sahibi ölən quzunu məhv etməyi yox, onu mumiyalaşdırmağı düşünür. "İnsanlar gəlib ona baxmaq istəyirlər. Nə etmək olar? Qoy görsünlər ki, ekolojiyanın pisləşməsi bizi nə ilə qarşı qarşıya qoyur".(ans)


Teqlər:





Xəbər lenti