“Dünən Çanaqqala, bu gün Kəşmir” - Ərdoğandan dəstək

  14 Fevral 2020    Oxunub : 1912
“Dünən Çanaqqala, bu gün Kəşmir” - Ərdoğandan dəstək
Türkiyə ilə Pakistan arasında qardaşlıq bağları dünyada çox az ölkəyə və millətə nəsib olur.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, bu gün qibtəylə baxılan Türkiyə-Pakistan qardaşlığı, tarixin gücləndirdiyi, tarixi hadisələrin möhkəmləndirdiyi həqiqi qardaşlıqdır.
“Pakistanın acısını acımız, sevincini sevincimiz, uğurlarını öz uğurlarımız hesab edirik. Pakistanda baş verən zəlzələ, daşqın zamanı biz dərhal kömək əlimizi uzatdıq. Keçmişdə olduğu kimi bundan sonra da daim Pakistanın yanında olacağıq. Beynəlxalq platformalarda Pakistana dəstək verəcəyimizi xüsusilə qeyd etmək istəyirəm. Pakistan illərdir ki, terrorla mübarizə aparır. Türkiyə terrorla mübarizəsində Pakistanı dəstəkləməkdə davam edəcək”, - deyə Türkiyə lideri əlavə edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə xalqı azadlıq müharibəsi zamanı Pakistan xalqının göstərdiyi yardımı heç vaxt unutmayacaq: “Dünən Çanaqqala, bu gün Kəşmir. Bizim üçün Kəşmir belə olacaq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan   Pakistan