Əvvəl anasını, sonra nənə və babasını bıçaqladı

Əvvəl anasını, sonra nənə və babasını bıçaqladı
  14 Fevral 2020    Oxunub:2361
Moskvada üç nəfərə bıçaqla hücum edən şəxs tutulub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Təxminən saat 06:40 radələrində Lenin prospektində üç nəfərin bıçaq yarası alması barədə məlumat daxil olub. Həkimlər zərərçəkənləri müayinə ediblər. Onların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə tutulan şəxsin anasını, nənəsini və babasını bıçaqladığını deyib.

Hazırda araşdırma davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Cinayət  





Xəbər lenti