“Hər idmançı yarışa çempion olmaq üçün gedir” - Rafiq Hüseynov

  14 Fevral 2020    Oxunub : 1544
“Hər idmançı yarışa çempion olmaq üçün gedir” - Rafiq Hüseynov
“Bundan sonra hədəfimiz Olimpiadadır”
Azvision.az xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən Avropa Çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Doqquz illik həsrətə son qoyaraq ikinci dəfə Avropa çempionu olan R.Hüseynov təəssüratlarını bölüşərək bildirib: “Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.

Qeyd edək ki, Rafiq Hüseynov yunan-Roma güləşində ikiqat Avropa çempionu olan 3-cü Azərbaycan güləşçisidir.

Azvision.az

Teqlər: RafiqHüseynov