İki erməniyə qalib gələn çempion: “Qürur hissi keçirdim”

  İki erməniyə qalib gələn çempion:  “Qürur hissi keçirdim”
  14 Fevral 2020    Oxunub:6310
"Gözləmədiyim halda çempion oldum"

Azvision.az xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa Çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi, ilk dəfə iştirak etdiyi 77 kq-da uğurlu çıxışla diqqətləri üzərinə çəkən Sənan Süleymanov təəssüratlarını bölüşüb:
“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Gözləmədiyim halda çempion oldum. İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab Prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”.

Qeyd edək ki, Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən S.Süleymanov son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Macar güləşçiylə həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının birincisi olub.

Azvision.az



Teqlər: Güləş   Çempion  





Xəbər lenti