XİN: Qarabağ məsələsi Putin və Lavrovun diqqətindədir

XİN:  Qarabağ məsələsi Putin və Lavrovun diqqətindədir
  11 Fevral 2020    Oxunub:3005
“Qarabağ məsələsi Rusiya Prezidentinin və Xarici İşlər nazirinin diqqət mərkəzindədir".
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə müsahibəsində deyİb.

Onun sözlərinə görə, Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il sazişi var.

“Ölkəmizin vasitəçilik səylərindəki vacib addım 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə aid olan Moskva bəyannaməsinin qəbul edilməsi oldu. Bu, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Qarabağ nizamlanması ilə bağlı ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı”, - deyə nazir müavini vurğulayıb..

XİN rəsmisi deyib ki, Rusiya vasitəçilik missiyasını Fransa və Amerikadan olan tərəfdaşları ilə sıx əlaqədə həyata keçirir.

“Keçən ilin aprel ayında Moskvada Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin də qatıldığı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etdi. Bundan sonra keçən il Vyanada iki ölkənin liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında əldə edilmiş razılaşmalar üzrə konkret təkliflər işlənib hazırlanmışdı. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində həbsdə olan şəxslərin taleyi ilə bağlı tədbirlər var. Həmçinin, media nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı razılıq əldə olundu və tənzimlənmənin bəzi əsas məsələlərinə baxıldı.

Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvan ilə Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarıldı. Digər məhkumlarla bağlı iş davam edir. BQXK da bu tədbirlərə qatılıb.

Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki son iclasında müzakirə edildi. Tərəflər kompromis mübadilə axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Vacib olanı siyasi iradə göstərməkdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Qarabağ  





Xəbər lenti