ABŞ qoşunlarını İraqdan çıxarmayacaq

 ABŞ qoşunlarını İraqdan çıxarmayacaq
  11 Fevral 2020    Oxunub:2225
ABŞ-ın öz qoşunlarını İraqda yerləşən 15 hərbi bazadan çıxarmağa başladığı barədə məlumatlar həqiqətə uyğun deyil.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi, polkovnik-leytenant Erl Broaun bildirib. Onun sözlərinə görə, yayılan məlumatlar yalandır.
Xatırladaq ki, “SkaNews Arabia” telekanalı İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Əli əl-Qanimiyə istinadla ABŞ-ın İraqdakı 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığını bəyan edib.

Deputatın sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada - ölkənin şimalındakı Ərbil şəhəri və Ayn əl-Əsəd aviabazası ilə məhdudlaşdıracaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İraq   Qoşun  





Xəbər lenti