“Diamond Princess”də 135 nəfər koronavirusa yoluxub

“Diamond Princess”də 135 nəfər koronavirusa yoluxub
  10 Fevral 2020    Oxunub:1606
Yaponiya sahillərində karantin altına alınan “Diamond Princess” gəmisinin göyərtəsində yeni koronavirusa yoluxanların sayı 65 nəfər artaraq 135 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, gəmidə olan 3600 nəfər fevralın 19-dək karantində saxlanılacaq.

Lakin karantinin müddəti də uzadıla bilər. Gəmidə 24 Rusiya vətəndaşı da var. Onların virusuna yoluxması barədə heç bir məlumat verilməyib.

“Diamond Princess” kruiz layneri artıq bir həftədir ki, Yokohama limanında karantində saxlanılır. Ötən ay Yokohama limanını tərk edən gəmi cənubi Yaponiya, Honkonq, Vyetnam və Tayvanda səfərdə olduqdan sonra geri qayıdıb.

Azvision.az



Teqlər: Virus  





Xəbər lenti