Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi

  10 Fevral 2020    Oxunub : 2021
   Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi
Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanla üz-üzə gəlib. Azərbaycan idmançısı erməni rəqibini 5:3 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.



Azvision.az

Teqlər: Güləş   Erməni